Bank Of Baku

İsrail aviasiyası Qəzza və Livanı bombalayıb: 25 nəfər ölüb, yaralılar var

İsrail aviasiyası Qəzza və Livanı bombalayıb: 25 nəfər ölüb, yaralılar var
# 17 avqust 2024 09:44 (UTC +04:00)

Ötən gecə İsrail hərbi aviasiyasının Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa aviazərbələri nəticəsində 15 nəfər ölüb.

APA-nın “Al-Jazeera”ya istinadən xəbərinə görə, hava reydi zamanı xeyli sayda yaralıların olduğu açıqlanıb.

Qırıcılar Livanın cənubunu da hədəfə alıb. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub, 3 nəfər dinc sakin isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR