İsrail HAMAS-ın 35-ə yaxın əsiri azad edəcəyini gözləyir

İsrailin müdafiə naziri Yoav Qallant

© APA | İsrailin müdafiə naziri Yoav Qallant

# 13 avqust 2024 09:41 (UTC +04:00)

HAMAS ilə əsirlərin mübadiləsi barədə əldə olunan razılaşmanın birinci mərhələsində ən az 20, ən çoxu isə 35 girovun azad ediləcəyi gözlənilir.

APA “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant Knessetin Beynəlxalq Əlaqələr və Müdafiə Komitəsindəki qapalı dinləmələrdə deyib.

Onun sözlərinə görə, danışıqlarda üç mərhələdə həyata keçiriləcək mübadilə prosesi zamanı qarşılıqlı şəkildə təhvil veriləcək şəxslərin sayı ciddi mübahisə mövzusu olub.

Xatırladaq ki, bu prosesin detallarını mayın 31-dəki çıxışı zamanı ABŞ prezidenti Co Bayden açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR