İsrail-Misir sərhədində atışma olub, 2 hərbçi ölüb - YENİLƏNİB

İsrail-Misir sərhədində atışma olub, 2 hərbçi ölüb - YENİLƏNİB
# 27 may 2024 17:48 (UTC +04:00)

Rəfah keçid məntəqəsi yaxınlığında Misir və İsrail hərbçiləri arasında atışmada 2 Misir hərbçisi ölüb.
APA xəbər verir ki, bu barədə ərəb dilli mətbuat məlumat yayıb. İsrail mətbuatı isə bir Misir hərbçisinin ölümü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi, Qəzza-Misir sərhədində baş verən atışma hadisəsindən sonra rəsmilərin Misirlə əlaqə saxladığın bildirib.
“Bir neçə saat əvvəl Misir sərhədində atışma olub, insident araşdırılır, Misir tərəfi ilə dialoq aparılır”, - IDF bildirib.

***

16:51

İsrail Müdafiə Qüvvələri (IDF) və Misir hərbçiləri arasında atışma olub.

APA xəbər verir ki, bu barədə "Al-Hadath" xəbər agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Rəfəh keçidi yaxınlığında İsrail ordusunun əsgərləri ilə Misir hərbçiləri arasında atışma olub, ölən və yaralananlar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR