İsrail ordusunun Beyruta endirdiyi zərbə nəticəsində Hizbullahın Hava Qüvvələrinin komandiri Məhəmməd Hüseyn Srur zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Livanın Səhiyyə Nazirliyi isə hücumda iki nəfərin öldüyünü bildirib.
***
16:30
İsrail ordusu Livanın paytaxtı Beyruta hava zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Beyruta zərbələri hədəfli və məqsədli xarakter daşıyır.