İsrail ordusu HAMAS-ın hərbi qanadının komandirinin müavini Mərvan İssanı zərərsizləşdirdiyini bildirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari mətbuat konfransında deyib.
Məlumata əsasən, Mərvan İssa bu ayın əvvəlində Qəzzanın mərkəzində İsrailin hava hücumu nəticəsində öldürülüb.
Haqari deyib ki, İssadan başqa, martın 10-da İsrail ordusunun "Nuseyrat" qaçqın düşərgəsinə endirdiyi zərbədə HAMAS-ın yüksək rütbəli komandirlərindən biri həlak olub.