Bank Of Baku

İsrail Ordusu HƏMAS-ın daha bir yüksək rütbəli üzvünü zərərsizləşdirdiyini açıqlayıb

Mahmud İbrahim Həsən Əbu Hisira

© APA | Mahmud İbrahim Həsən Əbu Hisira

# 16 aprel 2025 09:41 (UTC +04:00)

HƏMAS-ın briqada komandirinin müavini, 2014-cü ildə törədilmiş terror aktının bilavasitə iştirakçısı olmuş Mahmud İbrahim Həsən Əbu-Hisira məhv edilib.

APA xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb. Onun eyni zamanda “Ən-Nuhba” qanadının üzvü olduğu və 2023-cü il, oktyabrın 7-də İsrailə hücum əməliyyatında iştirak etdiyi də müəyyən olunub.

İsrail Ordusunun ölkəyə yönələn təhlükənin qarşısını almaq üçün əməliyyatları davam etdirəcəyi açıqlanıb.

Qeyd edək ki, həmin il təqribən 150 nəfərədək HƏMAS silahlısı İsrailə hücum edərək, 47 nəfəri qətlə yetirib, 65 dinc sakini isə girov götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR