Bank Of Baku

İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib - YENİLƏNİB

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah

© APA | “Hizbullah” lideri Şeyx Həsən Nəsrullah

# 28 sentyabr 2024 12:22 (UTC +04:00)

İsrail ordusu "Hizbullah" liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğu barədə açıqlama verib.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Hadisənin Dahiya bölgəsi istiqamətində baş verdiyi bəyan edilib.

Eyni zamanda bildirilib ki, təşkilat liderinin qızı və cənub qanadının başçısı Ali Karki də qətlə yetiriliib.

***

12:07

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah öldürülüb.

APA-nın İsrail mediasına istinadən xəbərinə görə, bu barədə orduya yaxın mənbələr məlumat yayıb.

O da qeyd edilib ki, onunla sonuncu dəfə əlaqə sentyabrın 28-də yaradılıb. Lakin İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.

Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR