Bank Of Baku

İsrail ordusu Livanın cənubuna intensiv zərbələr endirib - VİDEO

İsrail ordusu Livanın cənubuna intensiv zərbələr endirib  - VİDEO
# 16 oktyabr 2024 12:53 (UTC +04:00)

İsrail ordusu Hizbullahın Livanın cənubundakı mövqeləri və infrastrukturuna zərbələr endirib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlara Hərbi Dəniz Qüvvələri və hərbi aviasiya dəstələri də cəlb olunub.

Nəticədə adıçəkilən təşkilatın bölgədə yerləşdirilmiş raket-artilleriya qurğularının bir qismi, eləcə də Quru Qoşunlarının əməliyyatlarını dəstəkləyən Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmiləri sıradan çıxarılıb.

İsrail ordusunun “Hayfa” Hərbi Birləşməsinin komandiri, kontr-admiral Eli Soxolitski intensiv hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR