İsrail ordusu Livanın cənubundakı 21 kəndin sakinlərini təcili təxliyə etməyə çağırır.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edrinin X-də (keçmiş Twitter) ərəb dilli mesajında bildirilib.
İsrail ordusunun sözçüsü, coğrafi adların müvafiq siyahısını dərc edib: "Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Avali çayının şimalına getməlisiniz".