Bank Of Baku

İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirib

İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirib
# 21 noyabr 2023 10:55 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən gün, Qəzza zolağının şimalında döyüşlərdə ordunun xüsusi təyinatlı bölmələrinin iki hərbçisi – kapitan Arnon Moşe Avraham Benvenisti Vaspi və baş çavuş İlya Senkin öldürülüb.

Həmçinin əlavə olunub ki, oktybarın 7-də HAMAS-ın İsrailə hücumundan bəri ölən israilli hərbçilərin sayı ümumilikdə 390 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR