İsrail ordusu sakinlərə xüsusi təhlükəsizlik tədbirləri görməyi əmr edib

İsrail ordusu sakinlərə xüsusi təhlükəsizlik tədbirləri görməyi əmr edib
# 20 sentyabr 2024 05:04 (UTC +04:00)

İsrail ordusu ölkənin bəzi şimal bölgələrində dinc sakinlərə göstərişlər verib, yerli sakinləri xüsusi təhlükəsizlik tədbirləri görməyə və sığınacaqlardan çox da uzaqlaşmamağa çağırıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Təlimatlar Livanla həmsərhəd ərazilərə, İsrailin nəzarətində olan Colan təpələrinin şimal hissəsinə, həmçinin Safed şəhəri də daxil olmaqla sərhəddən bir qədər məsafədə yerləşən bir neçə yaşayış məntəqəsinə aiddir.

Yerli sakinlərə məskunlaşma ərazilərində hərəkəti minimuma endirmək, böyük toplaşmalardan qaçmaq, qəsəbə darvazalarına nəzarət etmək və qorunan binalara yaxın olmaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR