Bank Of Baku

İsrail ordusu Yəmənə hava zərbələri endirir - VİDEO

İsrail ordusu Yəmənə hava zərbələri endirir - VİDEO
# 06 may 2025 16:55 (UTC +04:00)

İsrail ordusu Yəmənin Səna beynəlxalq hava limanına zərbələr endirməyə başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, İsrail ordusu hava limanında olan bütün Yəmən vətəndaşlarını hava hücumundan əvvəl təxliyə edilmələri barədə xəbərdar edib.

Məlumata görə, hazırda onlarla İsrail qırıcısı Yəmənə zərbə endirir.

İsrail hava hücumları Səna hava limanında sərnişin terminalını, mülki təyyarələri və xidmət obyektlərini məhv edib.

Hava hücumları həmçinin paytaxt Sənanın şimalında yerləşən Bəni əl-Harisdəki mərkəzi Dhahban elektrik stansiyasını və Amran sement zavodunu hədəf alıb.

“Yəməndəki hazırkı zərbələr sonuncu olmayacaq”, - yüksək rütbəli İsrail rəsmisi bildirib.

https://t.me/apa_az/97625

Elba Nur

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR