Bank Of Baku

İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO  - YENİLƏNİB
# 24 sentyabr 2024 17:47 (UTC +04:00)

İsrail ordusunun Beyrutdakı yaşayış binasına endirdiyi zərbə nəticəsində Hizbullahın raket bölməsinə rəhbərlik edən yüksək səviyyəli komandiri İbrahim Qubeysi öldürülüb.

APA xəbər verir ki, bu barədə “Reuters”ə Livandakı təhlükəsizlik mənbələri məlumat verib.

Livanın Səhiyyə Nazirliyi zərbə nəticəsində 6 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını açıqlayıb.

***

17:15

İsrailin Beyruta hava hücumu nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

İsrail mənbələri isə hücumun məqsədinin Hizbullahın raket bölməsinin komandirini zərərsizləşdirmək olduğunu bildirib.

***

16:20

İsrail ordusu Beyruta hədəfli zərbə endirib.

APA xəbər verir ki, İsrail ordusu Livandakı Hizbullah hədəflərinə qarşı yeni hava hücumları dalğası həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Livanın cənubunda və Beqaa vadisində iki hava hücumu dalğası həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR