İsrailin Prezidenti İsaak Herzoq yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin üçüncü dozasını vurdurub.
APA-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Prezident Herzoq bildirib ki, bu, ölkədə sosial həmrəylik göstərmək üçün vacib addımdır.
"Üçüncü dozanı peyvənd edən ilk ölkə olmağımızla qürur duyuram",- Prezident peyvənd vurdurmazdan öncə bildirib.
Onunla yanaşı xanımı Mihal Hersoq da peyvənd olunub.
Qeyd edək ki, İsraildə 60 yaşdan yuxarı şəxslərə üçüncü doza peyvənd vurulmasına başlanıb.