Bank Of Baku

İsrail Qəzzanın şimalında HAMAS-ın 12-yə qədər batalyonunu məhv edib

İsrail Qəzzanın şimalında HAMAS-ın 12-yə qədər batalyonunu məhv edib
# 23 noyabr 2023 09:32 (UTC +04:00)

Qəzza zolağının şimalında gedən döyüşlər zamanı İsrail Silahlı Qüvvələri HAMAS-ın 12-yə qədər batalyonunu məhv edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus ILTV-yə müsahibəsində bildirib.

"İndiyədək Qəzzanın şimalında yaxşı, davamlı və metodik irəliləyiş əldə etmişik. Biz Qəzzanın şimalında onlarla HAMAS batalyonundan 11-12-ni vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir", - o deyib.

"Hələ ki, onların hamısı sıradan çıxarılmayıb, lakin bizim fəaliyyətimiz nəticəsində əsas döyüş imkanlarına ciddi ziyan dəyib. Amma Qəzzanın mərkəzi və cənub bölgələrində HƏMAS-ın digər hissəsi və daha 12 batalyonu var. Təbii ki, hamı başa düşür ki, oktyabrın 7-də olduğu kimi Qəzzadan növbəti terror aktının qarşısını almaq üçün biz HAMAS-ın bütün imkanlarının məhv edilməsini təmin etməliyik", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR