Bank Of Baku

İsrail XİN rəhbəri Quterreşlə bağlı qərarından dönməyəcəyini bildirib

İsrail XİN rəhbəri Quterreşlə bağlı qərarından dönməyəcəyini bildirib
# 13 oktyabr 2024 00:11 (UTC +04:00)

İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (persona non qrata) elan etmək qərarından dönməyəcəyini bildirib.

APA xəbər verir ki, Katz bu haqda “X” hesabında məlumat verib.

"Quterreş BMT-də dəstək üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək", - deyə o bildirib.

Katz əlavə edib ki, o, BMT-nin baş katibini “arzuolunmaz şəxs” elan edib və İranın İsrailə raket hücumunu pisləmədiyinə görə onun İsrailə girişini qadağan edib.

O həmçinin sorğu nəticəsində İsrail ictimaiyyətinin 87%-inin bu qərarı dəstəklədiyinin məlum olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR