İsrailin Baş naziri Naftali Bennett COVID-19-ya yoluxmuş şəxslə təmasda olduğu üçün təcrid olunub.
APA-nın xəbərinə görə bu barədə "Jerusalem Post" məlumat yayıb.
Bildirilib ki, Baş nazir Naftali Benneti, Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı müşayiət edən nümayəndə heyətinin tərkibindəki bir şəxsdə koronavirusa yoluxma halı təsdiqləndiyi üçün Baş nazir və onu səfərdə müşayət edən şəxslər təcrid olunub və onların hamısı COVID-19 testi verəcəklər.