Bank Of Baku

İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-1

İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1
# 27 sentyabr 2024 22:00 (UTC +04:00)

İsrailin “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, “Hizbullah”ın lideri Həsən Nəsrullah sağdır.



***
20:42


İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət öncə İsrail ordusu Beyrutdakı Daahi şəhərinin mərkəzində yaşayış binalarının altında yerləşən “Hizbullah” terror təşkilatının mərkəzi qərargahına hücum edib”, - məlumatda deyilir.

“Al Hadath” telekanalının bildirdiyinə görə, zərbələrin hədəfi hərəkatın baş katibi Şeyx Həsən Nəsrullah ola bilər.

“Axios” portalının məlumatına görə isə, İsrail hərbçiləri hazırda Beyruta endirilən zərbələr nəticəsində Şeyx Həsən Nəsrullahın öldüyünü təsdiq edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR