Bank Of Baku

İsrailin İrana qarşı əməliyyatlarında 200-dən çox təyyarə iştirak edib, 500 hədəf vurulub

İsrailin İrana qarşı əməliyyatlarında 200-dən çox təyyarə iştirak edib, 500 hədəf vurulub
# 28 fevral 2026 21:21 (UTC +04:00)

İrana bugünkü zərbələr İsrail Hərbi Hava Qüvvələri tarixində ən böyüyü oldu. Belə ki, əməliyyatlarda 200-dən çox təyyarə iştirak edib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail ordusu bildirib ki, İran ərazisində 500-ə yaxın hədəfə hücum edilib.

"Müdafiə sistemlərinə edilən zərbələr İsrail Hava Qüvvələrinin İran ərazisi üzərində hava üstünlüyünü artırmağa imkan verib və İran rejiminin hücum imkanlarını - İranın qərbindəki obyektləri ciddi şəkildə zəiflədib.

Zərbələrdən biri İranın qərbində - Təbrizdəki obyektə dəyib. Bu obyekt İranın "yer-yer" tipli raket bölməsi tərəfindən istifadə olunub, oradan İsrail mülki şəxslərinə onlarla raket atılacağı planlaşdırılırdı", - açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR