Bank Of Baku

İsrailin məhbus mübadiləsi çərçivəsində azad etdiyi fələstinli xəstəxanada ölüb

İsrailin məhbus mübadiləsi çərçivəsində azad etdiyi fələstinli xəstəxanada ölüb
# 09 may 2025 08:52 (UTC +04:00)

HƏMAS və İsrail arasında əsir mübadiləsi razılaşması çərçivəsində azad edilən fələstinli Misirdə xəstəxanada ölüb

APA xəbər verir ki, bu haqda Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilənlər Komitəsinin birgə bəyanatında məlumat verilib.

Məlumatda bildirilir ki, İordan çayının qərb sahilinin şimalındakı Tülkərim şəhərinin sakini 43 yaşlı Mutasim Raddad əsirlikdən qayıtdıqdan sonra vəfat edib.

Raddad 2006-cı ildən İsrail həbsxanalarında olub. Azad edildikdən sonra xəstə məhbuslarla birlikdə müalicə üçün Misirə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR