İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həlak olub
# 16 iyul 2024 19:21 (UTC +04:00)

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş həlak olub.

Açıqlamada Qəzzaya hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a çatdığı bildirilib. Lakin Məhəmməd Abdullah Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR