Bank Of Baku

İsrailin Yəməndəki sement zavoduna hücumu nəticəsində iki nəfər ölüb, 42 nəfər yaralanıb - YENİLƏNİB

İsrailin Yəməndəki sement zavoduna hücumu nəticəsində iki nəfər ölüb, 42 nəfər yaralanıb - YENİLƏNİB
# 06 may 2025 00:49 (UTC +04:00)

İsrail Ordusunun Yəmənin Hodeyda vilayətindəki sement zavoduna endirdiyi hava zərbələri nəticəsində iki nəfər həlak olub, daha 42 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə Yəməndə husilərə məxsus bir sıra hədəflərə hava zərbələri endirib.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyatda ümumilikdə 50 döyüş sursatı istifadə olunub və onlarla obyekt vurulub.

***
22:57

Yəmənin Hodeyda vilayətində sement zavoduna endirilən hava zərbələri nəticəsində azı 21 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "SABA" agentliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, ABŞ və İsrailin “Badjil” sement zavoduna endirdiyi hava zərbələri nəticəsində 21 mülki şəxs xəsarət alıb”, – agentlik qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR