Bank Of Baku

İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib

İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib
# 09 oktyabr 2025 13:08 (UTC +04:00)

İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12:00-dan etibarən qüvvəyə minib.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR