İstanbuldan Ukraynaya gedərkən BRİZA gəmisində yaranan texniki nasazlıq aradan qaldırılıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, nasazlıq səbəbindən İstanbul boğazında nəqliyyatın hərəkətindəki dayanma aradan qaldırılıb.
Gəmi təhlüksəzilik xidməti tərəfindən kənara alınıb daha sonra nasazlıq aradan qaldırılandan sonra yola salınıb.
***
Saat 06:30
İstanbuldan Ukraynaya gedən yük gəmisində nasazlıq səbəbindən boğazda gəmilərin hərəkəti dayandırılıb.
APA xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsindən məlumat verilib.
“İstanbuldan Ukraynaya gedərkən 107 metr uzunluğundakı “BRİZA” adlı yük gəmisində nasazlıq yaranıb”,- deyə məlumatda bildirilir.