Bank Of Baku

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir, 357 nəfər saxlanılıb - YENİLƏNİB

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir, 357 nəfər saxlanılıb - YENİLƏNİB
# 30 dekabr 2025 11:48 (UTC +04:00)

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 21 vilayətdə keçirilmiş əməliyyat nəticəsində 357 nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub. 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.

***

11:05

İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı aralarında Yalovadakı İŞİD üzvləri ilə əlaqəsi olan 41 şübhəli də daxil olmaqla, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, araşdırma çərçivəsində məsciddə fitrə, zəkat və ianə adı altında toplanan pulların terror təşkilatına, Suriyada düşərgələrdə saxlanılan tərəfdarlarına və məscid daxilində təlim–mədrəsə fəaliyyətlərinə yönəldildiyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR