İstanbulda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçirilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumay yayıb.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi general-polkovnik Selçuk Bayraktaroğlu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmilər iştirak ediblər.