Bank Of Baku

İstanbulda son bir ayda saxta spirtli içkidən 22 nəfər ölüb

İstanbulda son bir ayda saxta spirtli içkidən 22 nəfər ölüb
# 17 dekabr 2021 13:39 (UTC +04:00)

İstanbulda saxta spirtli içkidən 22 nəfər zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul Valiliyindən yayılan açıqlamada bildirilib.

Valilik İstanbul şəhər Jandarma Komandanlığı və Təhlükəsizlik İdarəsinin apardığı araşdırmalara əsasən, saxta spirtli içkilərdən zəhərlənməsi şübhəsi ilə xəstəxanalara 16 noyabrdan 16 dekabradək 46 nəfərin müraciət etdiyini açıqlayıb.

Onlardan 11-i əcnəbi olmaqla 22-si həyatını itirib. Aralarında 5-i əcnəbi olmaqla, ümumilikdə 16 nəfərin həyatı təhlükədədir və onlar xəstəxana şəraitində müalicələrini davam etdirirlər. Daha 3 nəfər isə müalicə edilərək evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR