Bank Of Baku

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq məsləhətləşmələri keçiriləcək

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq məsləhətləşmələri keçiriləcək
# 24 aprel 2025 15:31 (UTC +04:00)

Sabah İstanbulda Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində Yaxın Şərq məsləhətləşmələri keçiriləcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.

Məsləhətləşmələrdə Türkiyə tərəfini Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək.

Yılmaz və Boqdanovun regional məsələlər, xüsusilə Suriya və Fələstin ətrafında geniş fikir mübadiləsi aparacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR