Bank Of Baku

İstanbulda zəlzələ 13 saniyə davam edib, 51 afterşok qeydə alınıb

İstanbulda zəlzələ 13 saniyə davam edib, 51 afterşok qeydə alınıb
# 23 aprel 2025 17:16 (UTC +04:00)

İstanbulda (yerli vaxtla - red.) saat 15:12-yə qədər ən böyüyü 5,9 olan 51 afterşok qeydə alınıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saat 12:49-da Mərmərə dənizində 6,2 bal gücündə baş verən zəlzələ 13 saniyə davam edib.

Qeyd edək ki, İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra afterşoklar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR