“Türkiyənin Avrasiyaçılıq siyasəti Rusiya mərkəzli Avrasiyaçılıq deyil, Ata yurdumuz olan Türk dünyası nəzərdə tutulur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “CNN Türk”ə müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, Türkiyə son 10 ildə Prezident Ərdoğanın başçılığında Türk dünyası ilə heç bir zaman olmadığı qədər yaxın oldu, Türk Dövlətləri Təşkilatı quruldu və bu ölkəkərə siyasi, iqtisadi, müdafiə kimi sahələrdə əməkdaşlığı dərinləşdirdi.