Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani əvvəlcə xidməti helikopterdən, daha sonra Qazaxıstanın “FlyJet” aviaşirkətindən istifadə etməklə avqustda ölkəni tərk edərək Özbəkistan vasitəsilə BƏƏ-yə gedib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht e Subh Daily” qəzeti keçmiş liderə yaxın mənbəyə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, avqustun 15-də, “Taliban” hərəkatının heç bir döyüş olmadan Kabilə girməzdən əvvəl Qani, onun köməkçiləri və mühafizəçiləri bir neçə xidməti helikopterlə paytaxtı tərk ediblər.
“Özbəkistanın Termez şəhərinə dörd helikopterlə gələn 54 nəfərdən 22-si pilot, ikinci pilotlar və Hərbi Hava Qüvvələrinin texniki işçiləri, daha 22-si prezidentin mühafizəçiləri idi. Onların heç birinin pasportları yox idi”, - deyə mənbə bildirib.