Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarlarına məxsus hərbi helikopter bazar günü ölkənin şimalında Samanqan vilayətində qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsinə istinadən TOLOnews telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin şimal rayonlarından birində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub.