Bank Of Baku

KİV: “Hizbullah”ın kəşfiyyat rəisi bombardmandan sağ çıxıb

KİV: “Hizbullah”ın kəşfiyyat rəisi bombardmandan sağ çıxıb
# 11 oktyabr 2024 00:34 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələrin hədəfində olduğu iddia edilən “Hizbullah”ın kəşfiyyat xidmətinin rəhbəri Vəfik Səfa hücumdan sağ çıxıb.

APA xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Vafiq Səfaya qarşı sui-qəsd uğursuz olub və o, qaçıb.

Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi İsrail ordusunun Beyrutun mərkəzində iki binanı vurması nəticəsində 22 nəfərin həlak olduğunu, 117 nəfərin isə yaralandığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR