Bank Of Baku

KİV: İran Rusiyaya əlavə dronlar tədarük edəcəyinə söz verib

KİV: İran Rusiyaya əlavə dronlar tədarük edəcəyinə söz verib
# 18 oktyabr 2022 19:02 (UTC +04:00)

İran Rusiyaya yer-yer tipli raketlər, həmçinin əlavə dronlar tədarük edəcəyinə söz verib.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" iki ali İran rəsmisinə və iranlı iki diplomata istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında müvafiq razılaşma oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Moxbar, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəhbər rəsmisi və İran Ali Milli Təhlükəsizlik Şurasının bir rəsmisinin oktyabrın 6-da silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib.

“Reuters”ə danışan mənbənin sözlərinə görə, rusiyalılar İrandan əlavə dronlar və dəqiqliyi artırılmış ballistik raketlər, xüsusilə də “Fateh” və “Zülfüqar” raketləri istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR