İranda həbsdə olan Böyük Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe sərbəst buraxılıb.
APA xəbər verir ki, bu barədə onun vəkili "Reuters"ə bildirib.
Vəkilin sözlərinə görə, xanım Zaghari-Ratcliffe artıq vətən qayıtmaq üçün Tehran hava limanına yola düşüb.
Qeyd edək ki, 43 yaşlı xanım Zaghari-Ratcliffe Britaniya və İran vətəndaşlığına malikdir və həbs olunmazdan əvvəl mühasib olan əri Riçard Ratcliffe ilə Londonda yaşayıb.
O, "Thomson Reuters Foundation"da layihə meneceri kimi çalışıb, həmçinin BBC Media Action-da işləyib.
Nazanin Zaghari-Ratcliffe təxminən altı ildir ki, İranda həbsdə saxlanılırdı. O, İran hökumətini devirmək planında ittiham olunurdu.