Bank Of Baku

KİV: İsrail HƏMAS liderinin mümkün ölümü ilə bağlı məlumatları araşdırır

KİV: İsrail HƏMAS liderinin mümkün ölümü ilə bağlı məlumatları araşdırır
# 23 sentyabr 2024 02:06 (UTC +04:00)

İsrail HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza zolağına hücumlar nəticəsində öldürülməsi ehtimalı ilə bağlı məlumatları araşdırır.

APA xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Radiostansiyanın yaydığı xəbərə görə, bu məlumatı dəqiqləşdirmək mümkün deyil. İsrail ordusunun açıqlamasına görə məlumatı təsdiq və ya təkzib edən hər hansı bir sübut yoxdur.

"Ynet" portalı isə bildirib ki, İsrail Sinvarın ölümü və ya yaralanması ilə bağlı məlumatları yoxlayır. Qeyd olunur ki, HƏMAS Siyasi Bürosunun rəhbəri özünü ünsiyyətdən uzaqlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR