Bank Of Baku

KİV: İsrailin pilotsuz təyyarələrinin Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb

KİV: İsrailin pilotsuz təyyarələrinin Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb
# 20 aprel 2025 18:59 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı yeddi nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə məlumatı Lebanon 24 xəbər portalı yayıb.

Əldə olunan məlumatlara görə, hücumlar əsasən Nəbatiyə şəhəri və İqlim-ət-Tuffah dağlıq ərazilərinə yönəlib. Bu bölgələrdə "Hizbullah" qruplaşmasının bazalarının yerləşdiyi bildirilir. Hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb, o cümlədən bir Livan hərbçisi də xəsarət alıb.

İsrail tərəfi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib. Lakin bölgədəki gərginlik fonunda bu cür hadisələrin artması müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR