Bank Of Baku

KİV: Koreya yarımadasındakı mümkün müharibə dünyaya 4 trilyon dollar ziyan vura bilər

KİV: Koreya yarımadasındakı mümkün müharibə dünyaya 4 trilyon dollar ziyan vura bilər
# 29 iyul 2024 12:01 (UTC +04:00)

Şimali və Cənubi Koreya arasında müharibənin bir ili dünya iqtisadiyyatına 4 trilyon dollara başa gələcək ki, bu da qlobal ümumdaxili məhsul həcminin 3,9 faizi həcmində qiymətləndirilir.

APA-nın xəbərinə görə, bu barədə yazı “Bloomberg”də dərc olunub.

Müəllif xatırladıb ki, sözü gedən aqlomerasiyada 26 milyon əhali yaşayır. Yazıda mümkün hərbi qarşıdurmanın insan itkisinin sayına görə də ən genişmiqyaslı müharibə olacağı qeyd edilib.

Məqalədə göstərilənlərə əsasən hərbi toqquşma zamanı “Samsung Electronics” kimi iri sənaye korporasiyaları ciddi ziyan çəkə bilər. Müəllifin iddiasına görə, hazırda Cənubi Koreya ordusu üçün tələb olunan “DRAM” çiplərinin 41, “NAND” mikrosxemlərinin isə 33 faizini şirkət istehsal edən bu kimi şirkətlərin Şimali Koreyanın ballistik raketlərinin hədəfinə çevriləcək.

“Samsung Electronics”in ən iri alıcıları arasında Çin və ABŞ yer alıb.

“Bloomberg”in analitikləri onu da bildirir ki, müharibənin ilk 365 günündə Cənubi Koreryada ÜDM istehsalı 37,5 faiz, ABŞ-də isə 2,3 faiz azala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR