Bank Of Baku

KİV: Myanmanın sabiq liderinə hökm dekabrın 27-də oxunacaq

KİV: Myanmanın sabiq liderinə hökm dekabrın 27-də oxunacaq
# 20 dekabr 2021 10:24 (UTC +04:00)

Myanmanın sabiq dövlət müşaviri, Nobel Sülh Mükafatı laureatı Aun San Su Çjiyə hökm dekabrın 27-də oxunacaq.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, məhkəmə lisenziyasız ratsiyaların və siqnal ötürməyə mane olan sistemlərin saxlanılmasına görə oxunacaq hökmü dekabrın 27-də elan edəcək.

Birinci ittihama əsasən, Aun San Su Çjini 3 il, ikinci ittiham aktı ilə isə 1 ilə qədər həbs cəzası gözləyir.

Hökmün təxirə salınma səbəbi açıqlanmır.

Dekabrın 6-da elan olunan hökmlə Aun San Su Çji orduya qarşı düşmənçilik yaratmaq və koronavirusun profilaktikası ilə bağlı qaydaları pozduğu üçün 2 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR