KİV: Şimali Koreya ikinci hərbi casus peykini orbitə buraxmağı planlaşdırır

KİV: Şimali Koreya ikinci hərbi casus peykini orbitə buraxmağı planlaşdırır
# 27 may 2024 06:16 (UTC +04:00)

Yaponiya tərəfi bildirib ki, Şimali Koreya ona iyunun 3-dək peykin orbitə buraxmaq planı barədə məlumat verib.

APA "AP"yə istinadən xəbər verir ki, söhbət KXDR-in orbitə ikinci hərbi casus peyki çıxarmaq cəhdindən gedir.

Qeyd edilir ki, buraxılış elanı Cənubi Koreya, Yaponiya və Çin liderlərinin Seulda ilk üçtərəfli görüşü üçün toplaşdıqları vaxta təsadüf edib.

Yapon Sahil Mühafizəsi Şərqi Asiyada dəniz təhlükəsizliyi məlumatlarını koordinasiya etdiyi və yaydığı üçün Şimali Koreya Yaponiyaya buraxılış haqqında məlumat verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR