Bank Of Baku

KİV: Suriyanın müvəqqəti hökumətinin rəhbəri məlum olub

Riyad Fərid Hicab

© APA | Riyad Fərid Hicab

# 09 dekabr 2024 14:38 (UTC +04:00)

Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.

APA-nın məlumatına görə, bu iddia ilə “Le Figaro” nəşri çıxış edib.

58 yaşlı Riyad Fərid Hicab siyasi karyerasına “Bəəs” partiyasının yerli təşkilatlarından birinin rəhbəri kimi başlayıb. 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifəsində işləyib. 2012-ci ilin iyun-avqust aylarında isə Baş nazir postunu tutub.

İstefaya göndərildikdən sonra ailəsi ilə birlikdə İordaniyada yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR