Bank Of Baku

KİV: Türkiyə Suriyadakı antiterror əməliyyatlarını XİN rəhbərlərinin iclasında müzakirə etmək istəyir

KİV: Türkiyə Suriyadakı antiterror əməliyyatlarını XİN rəhbərlərinin iclasında müzakirə etmək istəyir
# 17 aprel 2023 12:26 (UTC +04:00)

Türkiyə Suriyadakı antiterror əməliyyatlarını XİN rəhbərlərinin Suriya ilə bağlı keçiriləcək iclasında müzakirə etmək istəyir.

APA xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” nəşri yazıb.

Nəşrin yazdığına görə, Türkiyə hökuməti Suriyanın şimalında dövlət sərhədi yaxınlığında fəaliyyət göstərən terrorçu qrupların tamamilə zərərsizləşdirilməsini istəyir.

Bununla bağlı rəsmi Ankara Dəməşq hökuməti ilə birlikdə kürd təşkilatlarına qarşı əməliyyat keçirməyi təklif edir və Suriya hakimiyyəti bu təklifə qarşı deyil.

Qeyd olunub ki, rəsmi Ankara üçün antiterror əməliyyatları gündəmdəki ən vacib məsələdir. Həmçinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması bu prosesə ciddi töhfə verə bilər.

Qeyd edək ki, Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin bu ilin mayın əvvəlinə planlaşdırılan görüşündə terrorizmə qarşı mübarizə və bu istiqamətdə görüləcək işlərin müvafiq yol xəritəsinin hazırlanması məsələləri aktiv surətdə müzakirə olunacaq.

Xatırladaq ki, bir müddət öncə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirmişdi ki, rəsmi Moskva artıq Rusiya, İran, Suriya və Türkiyə XİN başçılarının görüşünün konkret tarixini təklif edib, hazırda məsələyə baxılır.

Həmçinin, ötən həftə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu da xarici işlər nazirlərinin görüşünün gələn ayın əvvəlində baş tuta biləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR