Bank Of Baku

KİV: Türkiyənin yeni hökuməti 5 iyundan gec olmayaraq işə başlayacaq

KİV: Türkiyənin yeni hökuməti 5 iyundan gec olmayaraq işə başlayacaq
# 18 may 2023 11:03 (UTC +04:00)

Türkiyənin yeni Nazirlər Kabineti iyun ayının 5-dən gec olmayaraq işə başlayacaq.

APA xəbər verir ki, bu barədə yerli “Ekonomim” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, böyük ehtimalla hazırkı milli müdafiə naziri Hulusi Akar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin öz vəzifələrində qalacaqlar.

Qeyd olunub ki, ölkədə prezident seçkilərinin 14 mayda keçirilmiş birinci turundan sonra AKP yeni hökumət üçün namizədlərin seçilməsinə başlayıb.

Xatırladaq ki, Türkiyə KİV ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun da hökumətdə qala biləcəyi barədə xəbərlər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR