Bank Of Baku

Koreya Respublikası və Almaniya gizli hərbi məlumatların mühafizəsi haqqında saziş imzalayacaqlar

Koreya Respublikası və Almaniya gizli hərbi məlumatların mühafizəsi haqqında saziş imzalayacaqlar
# 21 may 2023 18:09 (UTC +04:00)

Koreya Respublikası və Almaniya hərbi-sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaxın vaxtlarda məxfi hərbi məlumatların mühafizəsi haqqında saziş bağlayacaqlar.

APA xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yeol Seulda kansler Olaf Şoltsla keçirilən sammitin yekunları üzrə deyib.

“Biz razılaşdıq ki, müdafiə və hərbi sənaye kompleksi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. Biz tezliklə məxfi hərbi məlumatların mühafizəsi ilə bağlı müqavilə bağlayacağıq və hərbi sənayedə təchizat zəncirlərinin stabil fəaliyyətini təmin etmək üçün birgə çalışacağıq” - Yonhap Xəbər Agentliyi Cənubi Koreya prezidentinin sözlərini belə təqdim edib.

Tərəflər həmçinin təhlükəsizlik və iqtisadiyyat sahəsində, o cümlədən qabaqcıl sənaye sahələrində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR