Bank Of Baku

Lefkoşada Şimali Kipr Türk Cumhuriyyətinin quruluşunun 41-ci ildönümü münasibətilə tədbir keçirilib

Lefkoşada Şimali Kipr Türk Cumhuriyyətinin quruluşunun 41-ci ildönümü münasibətilə tədbir keçirilib
# 15 noyabr 2024 20:32 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) quruluşunun ildönümü münasibətilə Lefkoşada bayram şənliyi keçirilib. Tədbirdə azərbaycanlı gənclər də iştirak ediblər.

APA xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

Paylaşımda bildirilir:

“Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) 41-ci Quruluş ildönümü və Respublika Günü münasibətilə paytaxt Lefkoşada keçirilən tədbirdə iştirak etdik. Mehmetçiklərimiz, Kipr türk gəncləri və qəhrəman qazilərimiz paradda birlikdə addımladılar. Azərbaycanlı, Qazaxıstanlı və Özbəkistanlı qardaşlarımızın da iştirak etdiyi paradda Milli Müdafiə Nazirliyimizin Mehtər orkestri də marş sədaları altında keçib.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR