Livanın iki əsas elektrik stansiyası olan “Əl Zəhrani” və “Deir Ammar”da dizel yanacağı çatışmazlığı səbəbindən bütün ölkə elektrik enerjisiz qalıb.
APA-nın xəbərinə görə, bu barədə "Reuters"ə Livanın hökumət rəsmisi məlumat verib.
Yanacaq çatışmazlığı səbəbi ilə elektrik enerjisinin istehsal həcmi 200 meqavatın altına düşüb. Elektrik enerjisinin verilişindəki fasilənin qarşıdakı bir neçə gün ərzində davam edəcəyi bildirilib.
Mövcud vəziyyət biznes müəssisələrinin bağlanmasına və əhalinin qara bazara üz tutmasına səbəb olub. Yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə uzanan növbələr müşahidə edilir.