Tehrana səfər edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, H.Əmir Abdullahiyan macarıstanlı həmkarını İran Xarici İşlər Nazirliyində rəsmi qarşılayıb.
Daha sonra iki ölkənin XİN başçısı arasında görüş baş tutub. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər barədə müzakirə aparıb.