Bank Of Baku

Mahmud Abbas: HAMAS liderinin qətli regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək

Fələstin Prezidenti Mahmud Abbas

© APA | Fələstin Prezidenti Mahmud Abbas

# 31 iyul 2024 10:01 (UTC +04:00)

Fələstin Prezidenti Mahmud Abbas HAMAS lideri İsmayıl Haniyənin qətlini pisləyib.

APA-nın “Al-Jazeera”ya istinadən məlumatına görə, o bildirib ki, sözü gedən qanlı hadisə regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək.

M. Abbas Fələstin xalqını İsrailə qarşı qətiyyətlə birləşməyə çağırıb.

Qeyd edək ki, HAMAS-ın rəhbəri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. İsrail hərbi aviasiyası onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirib. Nəticədə İ.Haniyənin özü və mühafizəçisi həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR