Malayziyanın Baş naziri Ənvər İbrahim Qəzza və Ukraynadakı münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinə çağırıb.
APA xəbər verir ki, hökümət başçısı bu barədə Telegram kanalında yazıb.
“Malayziya zorakılığın istənilən formasına, ərazi bütövlüyü və suverenliyinin pozulmasına qarşıdır. Malayziya bütün tərəfləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dialoq və diplomatiya yolu ilə sülh yolu ilə həll etməyə çağırır”, - Ənvər İbrahim qeyd edib