Bank Of Baku

Məhəmməd İslami: "İran atom elektrik stansiyalarının tikintisi üçün mərkəzə çevriləcək"

Məhəmməd İslami: "İran atom elektrik stansiyalarının tikintisi üçün mərkəzə çevriləcək"
# 25 avqust 2022 12:40 (UTC +04:00)

"İran atom elektrik stansiyalarının tikintisi üçün mərkəzə çevriləcək".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran atom enerjisi təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, üç il ərzində qamma sistemi avadanlığının quraşdırılması ilə ölkəni əhatə etmək üçün geniş planları var:

"Bizim üçün çox vacib olan məsələ ölkədə nüvə texnologiyasının tətbiqlərini günü-gündən genişləndirə bilməkdir. Ölkənin ehtiyaclarından biri olan nüvə enerjisi istehsalı məsələsində 20 illik plan hazırlamışıq"

O qeyd edib ki, bu gün dünya yanacaq böhranı ilə üz-üzədir və demək olar ki, bütün ölkələr, xüsusən də Avropa ölkələri hamısı AES tikintisinə üz tutub:

"Biz uzun illərdir ki, buna laqeyd yanaşırıq. Bu proqramı önümüzdəki illərin üfüqündə icra etməliyik ki, ölkə atom elektrik stansiyalarının tikintisi sahəsində qütblərdən birinə çevrilsin."

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR